09-10-2018 [09:43]
Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin birgə hazırladığı və 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli açıqlanıb.
Mia.az Dövlət İmtahan Mərkəzinə istinadən bildirir ki, yeni modeldə Buraxılış imtahanı (9 illik təhsil bazasında) belə olacaq:
I mərhələ (imtahan müddəti – 3 saat)
| Fənnin adı | Maksimal bal | Tapşırıqların sayı | |
| 1. | Tədris dili (Azərbaycan dili, rus dili) | 30 | 2 mətn (bədii, publisistik) hər mətnə aid 10 tapşırıq (5 yazı tələb olunan açıq + 5 qapalı ). Cəmi: 20 tapşırıq |
| 2. | Riyaziyyat | 30 | 10 açıq tapşırıq (həllin yazılması tələb olunan) Cəmi:10 tapşırıq |
| 3. | Xarici dillər (ingilis,alman, fransız,rus,ərəb, fars dilləri) | 30 | 1.Dinləmə mətninə dair (publisistik və ya dialoq) 6 tapşırıq (4 qapalı+2 yazı tələb olunan açıq ); 2.Oxuyub-anlama mətninə dair 9 tapşırıq (5 qapalı+4 yazı tələb olunan açıq ). Cəmi:15 tapşırıq |
II mərhələ (imtahan müddəti – 2 saat 15 dəqiqə)
| Fənnin adı | Maksimal bal | Tapşırıqların sayı | |
| 1. | Tədris dili (Azərbaycan dili, rus dili) | 70 | 30 qapalı |
| 2. | Riyaziyyat | 70 | 30 qapalı |
| 3. | Xarici dillər (ingilis,alman, fransız,rus, ərəb, fars dilləri) | 70 | 30 qapalı |
Buraxılış imtahanı (11 illik təhsil bazasında) İmtahan 1 mərhələdə keçirilir (imtahan müddəti – 3 saat)
| Fənnin adı | Maksimal bal | Tapşırıqların sayı | |
| 1. | Tədris dili (Azərbaycan dili, rus dili) | 100 | Oxuyub anlamaya dair 2 mətn (bədii, publisistik), hər mətnə aid 10 tapşırıq ( 5 yazı tələb olunan açıq + 5 qapalı ) və dil qaydalarına dair 10 qapalı tapşırıq. Cəmi: 30 tapşırıq |
| 2. | Riyaziyyat | 100 | 7 həllin yazılması tələb olunan açıq tapşırıq+5 açıq tapşırıq+13 qapalı tapşırıq. Cəmi: 25 tapşırıq |
| 3. | Xarici dillər (ingilis,alman, fransız,rus, ərəb, fars dilləri) | 100 | 1.Dinləmə mətninə dair (publisistik və ya dialoq), 6 tapşırıq (3 qapalı+3 yazı tələb olunan açıq); 2.Oxuyub-anlama mətninə dair 8 tapşırıq (4 qapalı+4 yazı tələb olunan açıq) ; 3.Dil qaydalarına dair 16 qapalı tapşırıq. Cəmi:30 tapşırıq |
Maksimal bal: 300 Qəbul imtahanı (imtahan müddəti 3 saat)
| I qrup | II qrup | III qrup | IV qrup |
| Riyaziyyat – 30 tapşırıq (22 qapalı+5 açıq +həllin yazılması tələb olunan 3 tapşırıqlı situasiya). Nisbi əmsal: 1,5 | Riyaziyyat – 30 tapşırıq (22-qapalı+5 açıq +həllin yazılması tələb olunan 3 tapşırıqlı situasiya). Nisbi əmsal: 1,5 | Azərbaycan (rus) dili – 30 tapşırıq (22-qapalı+5 açıq + yazılması tələb olunan 3 tapşırıqlı mətn). Nisbi əmsal: 1,5 | Biologiya – 30 tapşırıq (22 qapalı +5 açıq +həllin yazılması tələb olunan 3 tapşırıqlı situasiya). Nisbi əmsal: 1,5 |
| Fizika 30 tapşırıq (22 qapalı+5 açıq +həllin yazılması tələb olunan 3 tapşırıqlı situasiya) Nisbi əmsal: 1,5 | Coğrafiya – 30 tapşırıq (22 qapalı+5 açıq +həllin yazılması tələb olunan 3 tapşırıqlı situasiya) Nisbi əmsal: 1,5 | Tarix-30 tapşırıq (22-qapalı+5 açıq + yazılması tələb olunan 3 tapşırıqlı mənbə) Nisbi əmsal: 1,5 | Kimya – 30 tapşırıq (22 qapalı+5 açıq +həllin yazılması tələb olunan 3 tapşırıqlı situasiya) Nisbi əmsal: 1,5 |
| Kimya-30 tapşırıq (22-qapalı+5 açıq +həllin yazılması tələb olunan 3 tapşırıqlı situasiya) Nisbi əmsal: 1 | Tarix – 30 tapşırıq (22-qapalı+5 açıq +həllin yazılması tələb olunan 3 tapşırıqlı mənbə). Nisbi əmsal: 1 | Ədəbiyyat-30 tapşırıq (22 qapalı+5 açıq + yazılması tələb olunan 3 tapşırıqlı mətn) Nisbi əmsal: 1 | Fizika -30 tapşırıq (22 qapalı+5 açıq +həllin yazılması tələb olunan 3 tapşırıqlı situasiya) Nisbi əmsal: 1 |
Maksimal bal: 400
Bildirilib ki, I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunacaq. Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə (maksimal bal – 300+400=700 bal) əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər.
I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları seçdikləri ixtisas qrupuna daxil olan fənlərlə yanaşı buraxılış imtahanı formatında əlavə qəbul imtahanı da verəcəklər və hər iki imtahandan topladıqları balların cəminə əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər.
V ixtisas qrupu (ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları) və orta ixtisas təhsili müəssisələri üzrə müsabiqə buraxılış imtahanının nəticələrinə əsasən aparılacaq.
Bundan başqa, tədris Azərbaycan dili istisna olmaqla, digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca imtahan verirlər. İmtahanda şagirdlərə Azərbaycan dili (dövlət dili kimi) fənnindən 30 tapşırıq təqdim edilir. Şagirdlərin toplaya biləcəyi maksimal bal 30 baldır. İmtahanın davametmə müddəti 45 dəqiqədir.
Tədris Azərbaycan dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən ali və orta ixtisas təhsili müəssisələrinin tədris rus dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün rus dili fənnindən, tədris rus dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən ali və orta ixtisas təhsili müəssisələrinin tədris Azərbaycan dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün Azərbaycan dili fənnindən imtahan verməlidirlər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi