Sumqayıtda İnternat tipli Gimnaziyada direktor müavini dayəni döyüb? - İddia + FOTO

img

06-10-2018 [19:15]


Sumqayıtda gimnaziyanın direktor müavininin dayəni döyməsi haqda xəbər yayılıb.

Mia.az "Report”a istinadən bildirir ki, hadisə Sumqayıt şəhər İnternat tipli Gimnaziyada baş verib.

Belə ki, gimnaziyanın direktor müavini Aytən Əliyeva ilə həmin məktəbdə dayəlik edən Sevil Həsənova arasında mübahisə düşüb. 

Zərərçəkmiş Sevil Həsənovanın sözlərinə görə, dayəlik etdiyi uşağın valideyni Gimnaziyaya dəvət olunub və ona qarşı izahat alınıb.

S.Həsənova deyib ki, bunu Gimnaziyanın Təlim Tərbiyə işləri üzrə direktor müavini Atyən Əliyeva təşkil edib. Belə ki, direktor müavini məktəbin yataqxanasında dayə Sevil Həsənova ilə əvvəlcə mübahisə edib, onu itələyib. Qadın yıxılaraq baş nahiyəsindən ağır xəsarət alıb.

Zərərçəkmiş Təcili Tibbi Yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. O, Hazırda Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında müalicə olunur. Həkimlər Sevil Həsənovanın vəziyyətini orta ağır kimi qiymətləndirirlər. 

Adı döyülmə faktında hallanan direktor müavini Aytən Əliyeva ilə əlaqə saxlamaq mümkün olmayıb. 

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA