"Həmin şəxslər elə yerdə dəfn edilməlidir ki, su qovşağından ən azı 300 metr aralı olsun” - Deputat

img

05-10-2018 [13:53]


"Müasir dövrdə çox ciddi xəstəliklər var. Elə xəstəliklər var ki, yoluxucudur, həmin xəstəlik üçün kimyəvi maddələrdən istifadə edilir. Həmin şəxslər vəfat edərkən elə yerdə dəfn edilməlidir ki, su qovşağından ən azı 300 metr aralı olsun”.

Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, qəbirlərlə əkin sahəsi arasında müəyyən qədər məsafə olmalıdır: "Bəzən şahidi oluruq ki, ölüləri kim harada gəldi basdırır. Məktəbin, xəstəxanın, su hövzəsinin yaxınlığında bu işləri həyata keçirmək olmaz. Bu, çox təhlükəlidir”.

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA