Salyanda sosial şəbəkələrdə milli maraqların qorunmasının yolları müzakirə olunub - Tədbir + FOTO

img

04-10-2018 [21:15]


"Müasir İnformasiya Cəmiyyəti və İnnovasiyalar” İctimai Birliyi  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirdiyi "İdarəolunan dezinformasiya siyasətinin qarşısının alınmasına və sosial şəbəkələrdə milli maraqların qorunmasına dəstək” adlı layihənin icrasını davam etdirir. 

Birlikdən Mia.az-a verilən məlumata görə, layihə çərçivəsində növbəti tədbir Salyan şəhərində baş tutub. Tədbirdə yerli icra hakimiyyətinin nümayəndələri, jurnalistlər, gənclər və bloggerlər iştirak ediblər.

Salyan rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Aqşin Babayev təmsil etdiyi qurumin vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib. A.Babayev deyib ki, sosial şəbəkələrdə milli maarqların qorunması ümummili məsələ oldğu üçün cəmiyyətin bütün təbəqələri bu prosesdə fəal iştirak etməlidirlər.

Layihənin eksperti, tanınmış jurnalist Seymur Verdizadə qeyd edib ki, məqsəd informasiya resurslarında, xüsusən internet informasiya portallarında gənclərin milli-mənəvi dəyərləri qorumasını təmin etmək, dezinformasiya xarakterli məlumatların yayılmasının qarşısını almaqdan ibarətdir: "Hazırda uşaqların internetdən istifadəsi say etibarilə yüksək səviyyədədir. Amma keyfiyyət məsələsi təəssüf ki, bizim istədiyimiz səviyyədə deyil. Bu kimi tədbirlərin keçirilməsində də məqsəd bu cür problemlərə qarşı həssas yanaşmağımızdan ibarətdir. Ümumiyyətlə, bütün sosial platformalar "virtual küçə” adlandırılır. Amma bura nəzarət mexanizmi demək olar ki, yoxdur. Biz özümüz hər birimiz bir fərd olaraq nəzarət etməyi bacarmalıyıq. Düşünməliyik ki, hansı fikri yazırıq. Bu kimi halların qarşını almalıyıq. Çünki hər birimizin evində gələcək nəsil, gənclik böyüyür”.  

Seymur Verdizadə daha sonra bildirib ki, internet əsrinin müasir çağdaşlarından olan sosial media artıq ənənəvi medianı üstələməkdədir: "Klassik mediadan fərqli olaraq sosial mediada informasiya mübadiləsi daha sürətlə reallaşır, paylaşılan informasiyalar daha geniş oxucu auditoriyası tərəfindən oxunur. Son dövrlər Azərbaycanın əldə etdiyi uğurlar ölkəmizdə keçirilən qlobal miqyaslı tədbirlər, regionun enerji xəritəsini, nəqliyyat infrastrukturunu dəyişən meqalayihələr, hərbi qüdrətimizin artması və bu kimi digər müsbət hallar erməni diasporunu, onların təsirində olan qurumları və bir sıra anti-Azərbaycan dairələri qıcıqlandırmaqdadır. Bundan başqa, ölkəmizdə söz və ifadə azadlığı ilə yanaşı, azad internet mühitinin də olması, sosial media üzərində vahid nəzarət mexanizminin olmaması bir sıra fanatik və radikal dini qrupların bu platformada təbliğat və cəlbetmə kampaniyaları aparmasına rəvac verir”.

Tədbir iştirakçıların çıxışları ətrafında müzakirələr əsasında davam etdirilib.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA