Qüdrət Şükürovun vəzifəsi şöbə müdirinə həvalə edildi - Eldar Əzizovdan daha bir qərar

img

04-10-2018 [18:54]


Xəbər verdiyimiz kimi, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı səlahiyyətlərini icra edən Eldar Əzizov Bakı Lift-Təmir İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürovu tutduğu vəzifəsindən azad edib.

Mia.az Unikal.org-a istinadən bildirir ki, Eldar Əzizov Qüdrət Şükürovun vəzifəsini müvəqqəti olaraq Xalid Ələkbərova həvalə edib.

Sözügedən xəbəri Bakı Şəhər İcra Hakimiyyətindən təsdiqləyiblər.

Qeyd edək ki, Xalid Ələkbərov Şəhər təsərrüfatı, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiridir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA