Bakıda və rayonlarda yağış yağacaq - Sabahın hava proqnozu açıqlandı

img

04-10-2018 [13:27]


Oktyabrın 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Temperaturun anomal gedişi gözlənilir.

Mia.az ETSN-ə istinadən bildirir ki, havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 18-20, gündüz 16-18, axşam 14 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 760 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz olacaq.

Azərbaycanın rayonlarında gün ərzində bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, axşam yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 23-28, dağlarda gecə 6-11, gündüz 11-15 dərəcə isti təşkil edəcək.   


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA