03-10-2018 [23:52]
Azərbaycana uzun illər ərzində saxta dərmanlar gətirib satdıran və bu ilin aprel-may aylarında Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində ifşa olunan şəbəkənin əsas fiqurantlarından biri – "Epid Biomed” MMC-nin təsisçisi Əliyev Namiq Sabir oğlu Səhiyyə Nazirliyinin rəhbərləyinə çox yaxın şəxslərdən biridir.
Mia.az xəbər verir ki, bunu "AzPolitika.info”ya tibb cameəsinə yaxından bələd olan məlumatlı mənbə bildirib.
Hətta N.Əliyevin səhiyyə naziri Oqtay Şirəliyevlə qohumluq əlaqələrinin olduğu da deyilir. Bir başqa mənbə isə onların qohum deyil, dost olduqlarını iddia edir.
İstənilən halda, Namiq Əliyevin qısa müddətdə "Epid Biomed” MMC-ni tibb sahəsində fəaliyyət göstərən ən böyük şirkətlərdən birinə çevirə bilməsi də məhz Oqtay Şirəliyevin himayəsilə əlaqələndirilir.
Bu iddanı təsdiqləyən, daha doğrusu Səhiyyə Nazirliyi ilə qeyri-qanuni dərman alverilə məşğul olan "Epid Biomed” MMC arasında "isti” münasibətləri üzə çıxaran, şirkətin birbaşa nazirliyin himayəsi nəticəsində hər il 10 milyonlarla manat qazanc əldə etməsini göstərən çoxsaylı faktlar var. "AzPolitika.info”ya təqdim olunan məlumatlardan belə görünür ki, məhz Səhyyə Nazirliyinin himayəsi, N.Əliyevin şirkətinə yaradılan özəl şərait nəticəsində "Epid Biomed” MMC ölkəyə peyvənd idxalının 80 faizini əlində cəmləşdirib, necə deyərlər, peyvənd İNHİSARÇISINA çevrilib.
Bundan əlavə, Səhiyyə Nazirliyinin tabeliyində olan çoxlu sayda rayon və şəhər xəstəxanalarının bir sıra dərmanlar, tibbi ləvazimatlarla təminatı bəzən tenderlə, bəzən də tendersiz ölkəyə saxta məhsullar gətirən, insanları zəhərləyən "Epid Biomed” MMC-yə həvalə olunub.
N.Əliyevin səhiyyə naziri Oqtay Şirəliyevə nə qədər yaxın biri olduğunu göstərmək üçün saytımıza verilən məlumatlardan biri xüsusilə diqqəti çəkir.
Belə məlum olur ki, "Epid Biomed” MMC-nin təsisçisi Namiq Əliyev naziri "qorumaq” üçün hətta yeri gələndə jurnalistlərə hücum etməkdən də çəkinmir. Söhbət səhiyyə nazirinin mərhum müavini Abbas Vəlibəyovun dəfn mərasimində baş verən hadisədən gedir.
Onun sözlərindən belə məlum olmuşdu ki, səhiyyə naziri fotolarının çəkilməsindən narahat olaraq, işarə ilə Namiq Əliyevə bunun qarşısını almağı tapşırıb, o isə bir neçə nəfərlə jurnalistə təzyiq göstərərək mobil telefonunu əlindən alıb, özünü də "sözə qulaq asmadığı üçün” döyüb…
Bu fakt Azərbaycana saxta dərman gətirən şəbəkənin baş fiqurantlarından biri olan Namiq Əliyevin səhiyyə naziri ilə nə qədər yaxın olduğunu təsəvvür etməyə imkan verir.
Bəs"Epid Biomed” MMC ətrafında aparılan istintaq nə ilə yekunlaşıb? Hələlik bu barədə dəqiq məlumat yoxdur.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi