Sabah Bakının bu ərazilərində su olmayacaq - Xəbərdarlıq

img

03-10-2018 [18:40]


Sabah Bakının bir sıra ərazilərində içməli su olmayacaq.

"Azərsu” ASC-dən Mia.az-a verilən məlumata görə, Bakı şəhəri Babək prospektində su təchizatı infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar sabah gün ərzində Xətai rayonu A.İsmayılov, N.Əliyev və S.Vəzirov küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
 
Yaranacaq narahatlıqla əlaqədar "Azərsu” ASC abonentlərdən üzr istəyir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA