Nazir Pərviz Şahbazov Rusiyaya gedib - Moskvada Beynəlxalq Forum keçirilir

img

02-10-2018 [16:34]


Azərbaycan energetika naziri Pərviz Şahbazov Rusiyanın energetika naziri Aleksandr Novakın dəvəti ilə "Rusiya enerji həftəsi” adlı Beynəlxalq Forumda iştirak üçün Moskvaya səfər edib.

 Bu barədə Azərbaycan Energetika Nazirliyindən Mia.az-a verilən məlumata görə, P.Şahbazovun oktyabrın 3-də "Rusiya Enerji Həftəsi”ndə "Energetikanın tənzimlənməsində effektivlik: ölkələrin ümumi və fərqli yanaşmaları" mövzusunda çıxışı nəzərdə tutulub.

Oktyabrın 3-7-də keçiriləcək tədbirdə Rusiya Prezidenti Vladimir Putinlə yanaşı, bir çox ölkələrin yüksək səviyyəli hökumət nümayəndələri, yerli və beynəlxalq enerji şirkətlərinin rəsmiləri iştirak edəcəklər.

P.Şahbazov həmçinin "Siemens” şirkətinin "Rusiya Enerji Həftəsi”ndə təşkil olunan "Enerji sisteminin gələcəyi” adlı tədbirinə də qatılacaq.

Qeyd edək ki, Azərbaycanla Rusiya arasında energetika, neft-qaz sahələrində sıx əlaqələr mövcuddur və bu əməkdaşlıq yeni layihələrlə möhkəmləndirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA