Qatar keçərkən yoldakı şlaqbaum açıq olub? - Açıqlama

img

02-10-2018 [13:04]


"Azərbaycan Dəmir Yolları” QSC ötən gün Binədə qatar keçərkən gələn maşınların qarşısını kəsmək üçün qoyulan şlaqbaumun açıq olması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Qəzanın baş verdiyini anbaan əks etdirən videoda şlaqbaumun olmadığı görünür. 

Qurumun mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova BakuPost-a açıqlamasında deyib ki, həmin görüntülərə baxış keçirilib. Amma görüntü keyfiyyətsiz olduğundan şlaqbaumun açıq və ya bağlı olduğunu müəyyən etmək mümkün olmayıb. 

O, şlaqbaumların nazik olduğunu qeyd edib: "Ona görə də uzaqməsafəli çəkilişdə şlaqbaumlar görünməmiş ola bilər. Hazırda daha keyfiyyətli görüntülər əldə etməyə çalışırıq. Keyfiyyətli görüntülər əldə etdikdən sonra bu haqda ictimaiyyətə daha dəqiq məlumat verəcəyik. Araşdırma aparılır”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA