Şəxsiyyət vəsiqəsi haqda qanuna bu dəyişiklik ediləcək

img

02-10-2018 [10:25]


"Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi haqqında” qanuna dəyişikliklər edilməsi təklif olunur.

Dəyişikliyin mahiyyəti yeni nəsil şəxsiyyət vəsiqələrinə yerləşdirilən elektron daşıyıcıya (çipə) vətəndaşların əl-barmaq izlərinin daxil edilməsidir. Layihəyə əsasən 15 yaşı tamam olmamış vətəndaşlardan əl-barmaq izlərinin götürülməsi nəzərdə tutulmur.

Eyni zamanda, şəxsiyyət vəsiqəsində göstərilən məlumatlar maddəsinə (Maddə 3) barmaq izləri sözü əlavə edilir.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA