Nazir ağır qəzada yaralananları nəzarətə götürdü – Həkimlər xəstəxanalara ezam olunub

img

01-10-2018 [22:01]


Səhiyyə naziri Oqtay Şirəliyev Bakının Binə qəsəbəsindəki qəzada yararlananları xüsusi nəzarətə götürüb.

Bu barədə Modern.az-a nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib. S.Əhmədova qeyd edib ki, nazir xəstələrin vəziyyəti ilə maraqlanıb: "Yaralıların vəziyyəti ilə yerində tanış olmaq və lazımi yardımı göstərmək üçün Sabunçu xəstəxanasının 2 uşaq travmatoloqu, 2 nervpotoloqu və Neyrocərrahiyyə Şöbəsinin baş həkimini xəstəxanalara ezam edilib”.

S.Əhmədova qeyd edib ki, yaralılar birbaşa Oqtay Şirəliyevin nəzarətindədir. Qeyd edək ki, bu gün təxminən 14.35 radələrində 160 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən "10-TG-106” dövlət qeydiyyat nişanlı sərnişin avtobusu Xəzər rayonu, Binə qəsəbəsində hərəkətdə olan qatarla toqquşub.

Qəza həmin ərazidəki qorunan dəmiryolu keçidində baş verib. Hadisə nəticəsində 1 nəfər azyaşlı dünyasını dəyişib, 35 nəfər isə xəstəxanalara yerləşdirilib. Xəsarət alanlardan 5-i azyaşlıdır.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Nəqliyyat İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb, istintaq gedir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA