“Gürcüstanda təhsilli, gürcü dilini bilən və peşəkar gənc azərbaycanlı kadrlar var, lakin..." - Konqres sədri

img

01-10-2018 [19:36]


 "Gürcüstanda təhsilli, gürcü dilini bilən və peşəkar gənc azərbaycanlı kadrlar var. Lakin təəssüf həmin gənclərin işlə təmin olunmasına maneələr yaradılır”.olsun ki, həmin gənclərin işlə təmin olunmasına maneələr yaradılır”.

Bunu Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin (GAMK) sədri Əli Babayev oktyabrın 1-də keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, azərbaycanlı gənclərin vətəndaş cəmiyyətinə inteqrasıyası üçün onların işlə təmin olunması stimullaşdırılmalıdır: "Kvemo Kartli (Borçalı) bölgəsində olan Azərbaycandilli məktəblərin əksəriyyətinin direktoru yoxdur, ya da yaşlı kadrlardır. Təqaüd yaşında olan direktorlar təhsil müəssisəsinin idarə olunmasında yeniliklər tətbiq edə bilmirlər. Təhsil sahəsində çalışa biləcək kifayət qədər peşəkar azərbaycanlı kadrlar var”.

GAMK sədri ölkədəki Azərbaycandilli məktəblərin vəziyyətinə də toxunub: "Bəzi məktəblərin ifrastrukturu acınacaqlı vəziyyətdədir. Həmin məktəblər təhsilə yararsızdır və istilik sistemi olmadığından qış aylarında şagirdlər təhsildən yayınır. Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyini təmirə ehtiyacı olan Azərbaycandilli məktəblərə diqqəti artırmağa çağırıram”.

Ə.Babayev Azərbaycan icmasının Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının vəziyyətindən narahat olduğunu da qeyd edib: "Teatrın fəaliyyəti çox passivdir və binası qəzalı vəziyyətdədir. İllərdir ki, teatrın binası ilə bağlı məsələ həll olunmamış qalır. Bundan başqa teatra bu günə qədər bacarıqlı rəhbər təyin olunmayıb. Azərbaycan teatrına rəhbər azərbaycanlı təyin olunmalıdır. Bu vəzifəni tuta biləcək peşəkar azərbaycanlı kadrlar var”.

GAMK sədri Tbilisidə fəaliyyət göstərən Azərbaycan mədəniyyəti ilə bağlı muzey və mərkəzlərin fəaliyyətinin gücləndirilməsinə böyük ehtiyacın olduğunu da vurğulayıb/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA