Prezident yol tikintisinə 10,7 milyon manat ayırdı - Sərəncam

img

01-10-2018 [18:58]


Prezident İlham Əliyev Kürdəmir rayonunun Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi (184 km)-Pirili-Muradxan-Sor Sor avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən, səkkiz min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi (184 km)-Pirili-Muradxan-Sor Sor avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 10,7 milyon (on milyon yeddi yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA