Əliyevlə Paşinyan eyni liftdə - “Rossiya 1” “sensassion kadr” dedi

img

01-10-2018 [16:51]


Rusiyanın tanınmış teleaparıcısı Vladimir Solovyevin dövlət telekanalı olan "Rossiya 1”de yayımlanan proqramında Düşənbədə baş tutan MDB Dövlət Başçıları Şurasından maraqlı görüntülər yayımlanıb.

Kadırlardan da göründüyü kimi Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan liftdən birgə çıxırlar. Onlarla yanaşı, liftdə MDB-nin icraçı katibi Sergey Lebedev də olub. Digər ölkə liderləri isə qonşu liftdə olublar.

"Rossiya 1”in müxbiri həmin kadrları "sensassion” adlandırıb. Bildirilir ki, liderlər gərgin olsalar da, zala daxil olana qədər söhbət ediblər.

Qeyd edək ki, daha əvvəl Azərbaycan və Ermənistan liderlərinin Düşənbədə sammit çərçivəsində söhbətləşmələrini əks etdirən görüntülər yayılmışdı.
Azərbaycan prezidentinin mətbuat xidməti də məlumatı təsdiqləmişdi.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA