İnam Kərimovdan YENİ TƏYİNAT

img

01-10-2018 [16:08]


Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzinə direktor təyinatı olub.

Mia.az Report-a istinadən xəbər verir ki, kənd təsərrüfatı naziri İnam Kərimovun müvafiq əmri ilə İkram Abdul oğlu Əliyev Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzinə direktor təyin edilib.

İ.Əliyev bundan əvvəl Şirvan Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru vəzifəsində çalışıb.

Şirvan Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru vəzifəsi isə müvəqqəti olaraq həmin mərkəzin Bitkiçilik və heyvandarlıq sektorunun aparıcı məsləhətçisi Teymur Quluyevə həvalə edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA