Bu gün deputatlar toplanır - Daha 62 qanuna dəyişiklik ediləcək - SİYAHI

img

01-10-2018 [10:21]


 Bu gün Azərbaycan Milli Məclisinin (MM) payız sessiyasının ilk plenar iclası keçiriləcək.

"Report” xəbər verir ki, iclasın gündəliyinə 62 məsələ daxildir.

Bunlar "Azərbaycan Respublikasının İsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında”, "Normativ hüquqi aktlar haqqında”, Aviasiya haqqında”, "İstehsalat bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimləməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”, "Standartlaşdırma haqqında”, "Yaşıllıqların mühafizəsi haqqında”, "Vəkil və vəkillik fəaliyyəti haqqında” və s. qanunlara dəyişiklik layihələridir.

Bundan başqa, iclaslarda İnzibati Xətalar, Mənzil, Mülki, Vergi, Gömrük məcəllələrinə dəyişiklik layihələri də müzakirəyə çıxarılacaq.

Növbəti iclas isə oktyabrın 5-də keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA