Paşinyan Əliyevlə görüşündən danışdı: “O, savadlı insandır”

img

30-09-2018 [18:00]


"Azərbaycan prezidenti İlham Əliyev savadlı insan təəssüratı doğurdu”.

Mia.az Virtualaz.org-a istinadən xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

"Bu razılaşmaların əldə olunmasını çox vacib hesab edirəm. Əhəmiyyətlidir ki, İlham Əliyevlə əlaqə yaratmaq barədə razılaşdıq, sabah bu barədə ATƏT-in Minsk qrupunun üzvlərinə rəsmi məlumat verəcəyik ki, Ermənistan və Azərbaycan rəhbərliyi arasında daimi rabitənin yaradılması haqqında razılaşmışıq”, - Paşinyan qeyd edib.

Onun sözlərinə görə, bunun texniki cəhətdən necə icra ediləcəyi hələlik aydın deyil. Lakin bu, vəziyyətə daha operativ nəzarət etməyə imkan yaradacaq.

Paşinyan bildirib ki, İlham Əliyev onda normal, müsbət təəssürat doğurub. Onlar normal, "sivil” söhbət ediblər.

"O, savadlı insan təəssüratı doğurdu”, - Paşinyan vurğulayıb.

Paşinyan qeyd edib ki, yaxın zamanlarda İlham Əliyevlə görüşü gözlənilmir. Lakin yarım saat ərzində informasiyanın ötürülməsinin mümkün olduğu rabitənin mövcudluğu operativ məsələlərin həllində yardımçı olmalıdır.

Xatırladaq ki, Paşinyan Düşənbədə MDB dövlət başçılarının zirvə görüşündə Azərbaycan prezidenti İlham Əliyevlə bir sıra məsələlər üzrə razılıq əldə etdiklərini demişdi. Bunlar sərhəddə sülh şəraitinin qorunması, dialoq və danışıqlar prosesinə sadiqlik və operativ rabitənin yaradılmasıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA