"Bu xəbərdən son dərəcə kədərləndim" - İlham Əliyev İndoneziya prezidentinə başsağlığı verib

img

29-09-2018 [23:20]


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İndoneziya Respublikasının Prezidenti Coko Vidodoya başsağlığı verib.

Mia.az xəbər verir ki, başsağlığında deyilir:

Hörmətli cənab Prezident, Sulavesi adasında baş vermiş təbii fəlakətin çoxsaylı insan tələfatı və dağıntılar törətməsi barədə xəbərdən son dərəcə kədərləndim.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İndoneziya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA