Hərbçinin cinayət əməlinə görə ordudan kənarlaşdırılması qaydası dəyişir - Layihə parlamentdə

img

29-09-2018 [12:50]


Azərbaycanda törətdiyi cinayətə görə hərbi qulluquçunun ordu sıralarından çıxarılması ilə bağlı qaydalar dəyişdirilir.

Bununla bağlı "Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 167-ci maddəsinin sonuncu bəndi dəyişdirilir.

Dəyişikliyə əsasən, törətdiyi cinayətə görə hərbi rütbədən məhrum edilməklə məhkum olunmuş hərbi qulluqçular məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün surəti icra olunması üçün hərbi hissəyə daxil olduğu vaxtdan, ali hərbi rütbədən məhrumetmə hallarında isə bu barədə müvafiq icra hakimiyyəti orqanının sərəncamı qüvvəyə mindiyi gündən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının siyahısından çıxarılırlar.

Maddənin qeyd olunan bəndinin hazırda qüvvədə olan variantı isə belədir:

"Törətdiyi cinayətə görə hərbi rütbədən məhrum edilməklə məhkum olunmuş hərbi qulluqçular məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün icrası barədə sərəncamı hərbi hissəyə daxil olduğu andan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının siyahısından çıxarılırlar”.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub/report.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA