İcra başçısı sələfinin kadrını işdən çıxardı - Binəqədi İH-də yeni təyinat

img

28-09-2018 [17:40]


Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbə nümayəndəsi İbrahimov İbad İsmayıl oğlu vəzifəsindən azad olunub.

"Report” xəbər verir ki, bununla bağlı rayon icra hakimiyyətinin başçısı Elxan Allahverdiyev əmr imzalayıb.

Həmin vəzifəyə Cümşüdov İntiqam Şirin oğlu təyin edilib.

Xatırladaq ki, iyunun 6-da Prezident İlham Əliyevin sərəncamı ilə Elxan Allahverdiyev Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. E.Allahverdiyevdən öncə icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov idi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA