“Araz” zavodundakı yanğınla bağlı RƏSMİ AÇIQLAMA

img

28-09-2018 [15:45]


Bu gün saat 10:45 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan "Araz” zovdunda yanğın hadisəsi baş verib.

Nazirlikdən Mia.az-a verilən məlumatda bildirilib ki, zavodun VIII sahəsinin ərazisində yerləşən konteynerdə elektrik kəsici alətlə təmir işləri aparan zaman qığılcımdan yaranan alışma nəticəsində kiçik yanğın hadisəsi baş verib.

Yanğın qısa müddətdə zavodun işçiləri tərəfindən daxili yanğınsöndürmə vasitələri ilə söndürülüb. Hadisə zamanı zavodun iki əməkdaşı yüngül yanıq xəsarəti alıb. Xəsarət alanlar dərhal Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Hadisənin baş vermə səbəbi mütəxəssislər tərəfindən araşdırılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA