"Həmin şəxslərə edilmiş ödənişlər geri qaytarılır" - Sahil Babayev

img

28-09-2018 [11:27]


"Azərbaycanda əlillik dərəcələrinin saxta yolla verilməsinə dair araşdırmalar davam edir”.

Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

"Aşkar edilən mənfi hallar barədə ölçü götürülür. Saxta əlillik təyinatları ləğv edilir və dövlət büdcəsindən həmin şəxslərə edilmiş ödənişlər geri qaytarılır. Fəaliyyətimiz dövründə bu hallar mütəmadi araşdırılacaq və ortaya çıxan mənfi hallar aradan qaldırılacaq. Hazırda araşdırılma yekunlaşmadığı üçün konkret rəqəmin açıqlanması düzgün olmaz. Yekunda risk təhlili aparılacaq və növbəti dövrlərin araşdırılmasına başlanılacaq", - o qeyd edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA