İlham Əliyev MDB Dövlət Başçıları Şurasının görüşündə iştirak edib - FOTO

img

28-09-2018 [11:18]


Sentyabrın 28-də Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə görüşü olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edib.

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.

Azərbaycan və Tacikistan prezidentləri birgə foto çəkdiriblər.

Sonra görüşdə iştirak edən dövlət başçıları birgə foto çəkdiriblər.

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon çıxış edərək ölkəsinin MDB-yə sədrliyi dövründə görülən işlərdən danışıb. Bildirib ki, MDB-yə üzv ölkələrin birgə fəaliyyəti nəticəsində demək olar bütün sahələri əhatə edən əməkdaşlığa dair sənədlər hazırlanıb. Tacikistanın MDB-yə sədrliyi dövründə 40-a yaxın iclas keçirilib, əməkdaşlığın genişləndirilməsi, terrorizm və ekstremizmlə, narkotiklərin qanunsuz dövriyyəsi, qanunsuz miqrasiya ilə mübarizə və s. məsələlər geniş müzakirə olunub. Həmçinin iqtisadi sahədə də səmərəli əməkdaşlıq olub.

Sonra MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedev gündəlikdəki məsələlər barədə məlumat verib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA