Azərbaycan Dövlət Turizm Agentliyi Rusiyada nümayəndəlik açacaq - 2018-ci ilin sonuna qədər

img

27-09-2018 [20:34]


Azərbaycan Dövlət Turizm Agentliyi 2018-ci ilin sonuna qədər Rusiyada nümayəndəliyini açacaq. 

 Trend-in məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin Beynəlxalq bazar şöbəsinin müdiri Sevinc Zeynallı Bakıda keçirilən IX Azərbaycan-Rusiya Regionlararası Forumunda deyib.  

Şöbə müdirinin sözlərinə görə, açılacaq nümayəndəliyin əsas vəzifəsi Rusiya bazarının təhlili, eləcə də keçiriləcək müxtəlif tədbirlərdə iştirak etməkdir.  

S.Zeynallı əlavə edib ki, bundan başqa, nümayəndəlik Rusiyadakı turizm agentlikləri üçün seminarlar təşkil edəcək, eləcə də Azərbaycanda turizmin müxtəlif istiqamətləri barədə onları məlumatlandıracaq. 

 Rusiyanın turizm üzrə Federal Agentliyinin rəhbəri Oleq Safonov da Rusiyada belə bir nümayəndəliyin açılmasını dəstəklədiklərini qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA