Putindən Bakıda daha bir mesaj: "Rusiya və Azərbaycan Xəzərdə birgə layihələr həyata keçirəcək"

img

27-09-2018 [16:40]


 "Güman edirik ki, Rusiya və Azərbaycan şirkətləri Xəzər regionunda fəal şəkildə perspektivli layihələrin icrası ilə məşğul olacaqlar. İlk növbədə, bu, nəqliyyat, yük daşımaları, neft-qaz hasilatı, ekologiya və əlbəttə ki, bioloji ehtiyatları əhatə etməlidir”.

TASS xəbər verir ki, bunu Bakıda keçirilən IX Azərbaycan-Rusiya Regionlararası Forumunda Rusiya Prezidenti Vladimir Putin deyib.

Onun sözlərinə görə, Azərbaycanda Rusiyanın enerji şirkətləri uğurla fəaliyyət göstərir. Rusiya dövlət başçısı tezliklə neft-qaz yatağında kəşfiyyat işlərinə başlayacaq Rusiyanın "Rosneft” şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkətinin əməkdaşlığını misal gətirib.

"LUKoil” şirkəti Azərbaycandakı enerji layihələrinə 4 mlrd. dollara yaxın vəsait yatırıb. Neft nəqli sahəsində əsas inhisarçımız "Transneft” isə Azərbaycan neftinin Bakı-Novorossiysk kəməri ilə etibarlı şəkildə nəqlini təmin edir”,- deyən V.Putin Xəzərin hüquqi statusuna dair konvensiyanın da iki ölkə arasında qarşılıqlı mənfəətə əsaslanan əməkdaşlıq üçün yeni imkanlar açdığını vurğulayıb. Həmçinin həmin sənədin tam həcmdə implementasiyası üçün hələ görüləcək xeyli işlərin olduğu da qeyd olunub/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA