“Azərkosmos”la Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzi arasında çərçivə sazişi təsdiqləndi - Fərman

img

26-09-2018 [18:52]


Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının "Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti ilə Fransa Respublikasının Milli Kosmik Tədqiqatlar Mərkəzi arasında kosmos sahəsində birgə fəaliyyətlərə dair Çərçivə Sazişinin təsdiq edilməsi haqqında fərman imzalayıb.

Mia.az xəbər verir ki, fərmana əsasən, Azərbaycan Respublikasının "Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti ilə Fransa Respublikasının Milli Kosmik Tədqiqatlar Mərkəzi arasında kosmos sahəsində birgə fəaliyyətlərə dair 2018-ci il iyulun 20-də Paris şəhərində imzalanmış Çərçivə Sazişi təsdiq edilib.

"Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinə Çərçivə Sazişi qüvvəyə mindikdən sonra onun müddəalarının həyata keçirilməsini təmin etmək, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə Çərçivə Sazişinin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Fransa Respublikasının Milli Kosmik Tədqiqatlar Mərkəzinə bildiriş göndərsi tapşırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA