Sabah Bakının bu ərazilərində qaz olmayacaq - Xəbərdarlıq

img

25-09-2018 [22:55]


Sabah Bakının Nizami rayonunda təbii qaz olmayacaq.

Mia.az "Azəriqaz” İstehsalat Birliyinə istinadən bildirir ki,  payız-qış mövsümünə hazırlıqla bağlı tədbirlər planına əsasən, yararsız qaz xətlərinin yeni borularla əvəz edilməsi, həmçinin Nizami rayonu, Qara Qarayev 102 ünvanında diametri 325 millimetrlik qaz xəttinin korroziyaya uğramış hissəsinin yeni çəkilmiş polietilen 315 millimetrlik qaz xəttinin mənbəyə birləşdirilməsi ilə əlaqədar sentyabrın 26-da saat 09:00-dan təmir işləri tamamlananadək Nizami rayonu, Qara Qarayev E.Süleymanov, B.Nuriyev, Naxçıvanski, Rüstəmov, A.Manafov və Nəvai küçələrinin bir hissəsində təbii qazın verilişində məhdudiyyət olacaq: 

"Zəruri təmir işləri aparıldığı zaman Binəqədi və Biləcəri qəsəbələrində, eləcə də Abşeron rayonunun Ceyranbatan və Saray qəsəbələrinin bir hissəsinin qaz təchizatına fasilə yaranması mümkündür.

Görülən təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq.

"Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA