Nəhayət, Ərdoğanla Tramp bir araya gəldi - Qısa görüşün detalları açıqlanmır + FOTO

img

25-09-2018 [21:25]


Bu gün BMT Baş Assambleyasının 73-cü sessiyasının başlanmasına az qalmış ABŞ və Türkiyə prezidentləri görüşüblər.

Mia.az bildirir ki, bu barədə Ərdoğanın köməkçisi Fəxrəddin Altun "Twitter" hesabında yazıb.

O görüşdən fotolar paylaşaraq, qeyd edib ki, sessiyadan əvvəl prezident Ərdoğanla Tramp arasında qısa görüş olub.

Ərdoğanın köməkçisi qısa çəkən görüşdə nə barədə söhbət edildiyi haqda heç bir məlumat verməyib.

Xatırladaq ki, aylardır Ərdoğanla Trampın bu sessiya zamanı görüşüb-görüşməyəcəyi müzakirə olunurdu.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA