25-09-2018 [14:11]
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin yerli mütəxəssiləri tərəfindən Göyçay rayonunun Qızılağac, Poti, Kürdəmiş kəndlərini əhatə edən 158 hektar xurma bağında fitosanitar müşahidələr aparılıb və 16 hektar sahədə xurma ağaclarının yarpaqlarında qonur ləkəlilik xəstəliyinə sirayətlənmə aşkar olunub.
Bu barədə Mia.az-a xidmətdən məlumat verilib.
Bildirilib ki, aparılan araşdırmalar nəticəsində xəstəliyin törədicisinin göbələklərin olduğu müəyyən edildiyi üçün Göyçay rayonu Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri fermer təsərrüfat sahibləri ilə görüşlər keçirərək kimyəvi mübarizə tədbirlərinin aparılması ilə bağlı müvafiq tövsiyələr veriblər:
"Fermerlərin nəzərinə çatdırılıb ki, kənd təsərrüfatı bitkilərinin xəstəliklərinin əlamətləri aşkar olunub-olunmamasından asılı olmayaraq, mütləq ilkin yazdan başlayaraq profilaktiki mübarizə işləri aparılmalıdır. Mübarizə işləri çiçəkləmədən əvvəl və çiçəkləmədən sonra da bir neçə dəfə müxtəlif tərkibli preparatlardan istifadə etməklə davam etdirilməlidir. Meyvə yığıldıqdan sonra xurma bağlarında kompleks mübarizə tədbirləri həyata keçirilməlidir. Xəstəliklə sirayətlənmiş bitki qalıqları, yarpaqlar yığılaraq məhv edilməli, aqrotexniki qulluq işləri aparılmalı (ağacların dibi bellənməli, budama işləri aparılmalı, vaxtı-vaxtında sulanmalı), bitkinin xəstəliklərə dayanıqlığını artırmaq üçün vaxtında üzvi və mineral gübrələr verilməlidir.
Təsərrüfat sahiblərinə məhsul yığımından sonra və ilkin yazda xəstəliyin yayılmasının qarşısını almaq üçün profilaktiki olaraq Bordo mayesindən istifadə olunması tövsiyə olunub. Həmçinin, vegetasiya müddətində 70%-lik Tiofanat metil (Topsin-1,0-1,5 kq/ka), 50%-lik Benomil (Fundazol-1,0 kq/ha), 75%-lik Siprodinil (Xorus -0,35 kq/ha) və digər təsiredici maddələrdən olan fungisidlərdən istifadə etməklə mübarizə aparılması məsləhət görulub".
Xidmət məlumat üçün bildirib ki, bağlarda profilaktiki mübarizə tədbirləri aparılmadıqda, yarpaqların üzərində qonur ləkələr əmələ gəlir və bu səbəbdən xəstəlik qonur ləkəlilik adlanır: "Xəstəliklə sirayətlənmiş yarpaqlarda qeyri-dəqiq, müxtəlif ölçüdə kənarları tünd mərkəzə doğru solğun qonur ləkələr formalaşır. Yarpaq üzərində ləkələr yayın ortası və sonunda havanın temperaturunun və nəmişliyin yüksək olması səbəbindən daha da intensiv inkişaf edir. Xəstəlik əsasən bitkinin yarpaqlarını sirayətləndirir, meyvələrdə çox az təsadüf olunur. Ciddi sirayətlənmiş ağaclarda yarpaqlar saralaraq tökülür. Sirayətlənmiş bitkilərdə fotosintez prosesi pozulduğu üçün meyvələr üzvi maddələrlə lazımınca təmin olunmur, normal fizioloji yetişmə getmir və meyvələr tökülməyə başlayır".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi