Azərbaycanın daha bir müasir silahı nümayiş olundu - Mərmi atan snayper + FOTO

img

25-09-2018 [13:37]


Azərbaycanda mərmi atan snayper silahı istehsal olunub.

"Report" xəbər verir ki, yeni snayper Müdafiə Sənayesi Nazirliyinin zavodlarından birində hazırlanıb. 

Əllə idarə olunan və 23x115 mm ölçülü unikal snayperin çəkisi 34 kiloqramdı. Silahın atdığı mərmi 6 kilometr uzağa gedir. Silah 2 kilometri dəqiq vura bilir.

Silah ilk dəfə III "ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisində nümayiş etdirilib.

Yaxın vaxtlarda silah sınaqdan keçiriləndən sonra Azərbaycan Silahlı Qüvvələrində silahlanmaya daxil ediləcək. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA