Vasif Talıbov fransız arxeloqla bağlı sərəncam imzaladı

img

24-09-2018 [21:03]


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bu gün sərəncam imzalayıb.

Mia.az xəbər verir ki,  sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasında arxeologiya sahəsində səmərəli fəaliyyətinə görə Katherine Anne Marro "Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif edilib.

Qeyd edək ki, fransız arxeoloq Katherine Anne Marro Azərbaycan-Fransa Beynəlxalq Arxeoloji ekspedisiyasının tərkibində bir neçə ildir ki, muxtar respublika ərazisindəki arxeoloji abidələrin tədqiqi ilə məşğuldur. O, həmçinin Fransa Milli Elmi Araşdırmalar Mərkəzinin tədqiqatçısıdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA