Elman Mehdiyevə yeni vəzifə verildi - DSMF-nin keçmiş sədri nazir müşavir oldu

img

22-09-2018 [15:25]


Maliyyə Naziri Samir Şərifov Dövlət Sığorta Nəzarəti Xidmətinin (DSNX) sabiq rəisi Namiq Xəlilovu müşavir vəzifəsindən azad edib.

Samir Şərifov bununla bağlı əmr imzalayıb. 

Nazirin digər əmri ilə Elman Mehdiyevi özünə müşavir təyin edib.

Qeyd edək ki, E.Mehdiyev 2013-cü ildən 2016-cı ilə kimi Dövlət Sosial Müdafiə Fondunun sədri olub. 2016-cı ilin mart ayının 19-da Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilib. Həmin ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri olmuş Səlim Müslümov onu bu vəzifəsindən azad edib/unikal.org


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA