"Xəbər məni dərindən kədərləndirdi..." - Zakir Həsənov İranlı həmkarına başsağlığı verdi

img

22-09-2018 [13:27]


Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Hüseyn Baqeriyə və İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri, general-mayor Əmir Hatəmiyə başsağlığı ünvanlayıb.

Mia.az Müdafiə Nazirliyinə istinadən həmin məktubu təqdim edir:

 "Müqədəs Müdafiə həftəsi”nin başlanması münasibətilə dost İran İslam Respublikasının Xuzestan əyalətinin Əhvaz şəhərində keçirilən hərbi paradda törədilmiş xain terror aktı nəticəsində hərbi qulluqçuların və mülki şəxslərin həlak olması və xəsarət alması haqqında xəbər məni dərindən kədərləndirdi.

Biz bu dəhşətli hadisədən çox hiddətlənir, terrorizmi qətiyyətlə pisləyirik.

Həlak olanlara Allahdan rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara şəfa diləyirəm”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA