20-09-2018 [18:15]
Bu gün Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov Azərbaycan Parlamentinin 100 illiyi münasibətilə keçiriləcək təntənəli iclasda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Bolqarıstan Milli Assambleyasının sədri xanım Tsveta Karayançeva ilə görüşüb.
Mia.az Nazirlər Kabinetinə istinadən bildirir ki, görüşdə Azərbaycan-Bolqarıstan əlaqələrinin inkişafından məmnunluq ifadə edilib, yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın genişləndirilməsi baxımından önəmi qeyd olunub.
Baş nazir Novruz Məmmədov Azərbaycan ilə Bolqarıstan arasında möhkəm dostluq əlaqələrinin olduğunu bildirərək, bu münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb.
2015-ci ildə Prezident İlham Əliyevin Bolqarıstana rəsmi səfəri çərçivəsində ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalandığını xatırladan Novruz Məmmədov deyib: "Bu gün Azərbaycan ilə Bolqarıstan arasında siyasi münasibətlər yüksək səviyyədədir. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq edirlər. Əlbəttə ki, parlamentlərarası əməkdaşlıq da əlaqələrimizin genişlənməsində mühüm rola malikdir”.
Azərbaycan-Bolqarıstan iqtisadi-ticari əməkdaşlığından danışan Baş nazir Novruz Məmmədov cari ilin 8 ayı ərzində ölkələrimiz arasında ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artdığını diqqətə çatdırıb. Baş nazir bu ilin noyabrında Azərbaycan-Bolqarıstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının Sofiyada keçiriləcək növbəti iclasında bir sıra mühüm məsələlərin müzakirəsinin nəzərdə tutulduğunu bildirib.
Bolqarıstan Milli Assambleyasının sədri Tsveta Karayançeva Novruz Məmmədovu Baş nazir vəzifəsinə təyin olunması və Azərbaycan Parlamentinin 100 illiyi münasibətilə təbrik edib, dəvətə görə minnətdarlığını bildirib. Tsveta Karayançeva deyib ki, Azərbaycan-Bolqarıstan əlaqələrinin inkişafında ölkə parlamentlərinin qarşılıqlı fəaliyyəti mühüm rola malikdir. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsinin əhəmiyyətli hadisə olduğunu qeyd edən Tsveta Karayançeva Bolqarıstanın da bu layihəyə böyük maraq göstərdiyini vurğulayıb.
Söhbət zamanı "Cənub Qaz Dəhlizi” layihəsinin xüsusi əhəmiyyəti qeyd edilib, Yunanıstan-Bolqarıstan interkonnektorunun tikintisi məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Görüşdə kənd təsərrüfatı, yeyinti sənayesi, sərmayə qoyuluşu, birgə infrastruktur layihələrinin icrası, turizm və humanitar sahələrdə əməkdaşlıq imkanları, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi