600 hektarlıq ərazidə yerləşən evlər və obyektlər plana düşür - VİDEO

img

19-09-2018 [11:21]


Ələt azad iqtisadi zonasının inkişafı ilə əlaqədər ciddi tədbirlər həyata keçiriləcək.

Mia.az "Xəzər TV"yə istinadən xəbər verir ki, ilk olaraq ərazinin bir neçə dəfə genişləndirilməsi nəzərdə tutulur.

İqtisadçı-ekspertVüqar Bayramovbildirib ki, ərazinin genişləndirilməsində əsas məqsəd daha çox sərmayənin cəlb edilməsi, iş yerlərinin sayının artırılmasıdır.

Bununla bağlı yaradılacaq İşçi qrup siyahını müəyyən etdikdən sonra yaşayış yerləri və obyektlər digər ərazilərə köçürüləcək.

Vüqar Bayramovun sözlərinə görə, obyektlərin siyahısı ilin sonuna kimi dəqiqləşə bilər. Bu prosesə xarici şirkətlərin də cəlb ediləsi mümkündür.

Qeyd edək ki, kompensasiyanın məbləği obyektlərin siyahısı dəqiqləşəndən sonra məlum olacaq.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA