19-09-2018 [11:07]
Sabah, sentyabrın 20-dəAzərbaycanda Məhərrəm ayının onuncu günü, Aşura qeyd olunacaq.
Mia.az xəbər verir ki, hər il olduğu kimi, bu il də Aşura günündə Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları keçiriləcək.
24 rayonda (28 yerdə) nəzərdə tutulan qanvermə aksiyasının20-si məscidlərdə,8-i isəMərkəzi Xəstəxana şəraitində olacaq.
Aksiyalar səhər 9:00-dan başlayacaq. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.
Məlumat üçün bildirək ki,Məhəmməd peyğəmbərin (s) nəvəsi imam Hüseyn (ə), onun ailə üzvləri və tərəfdarları Hicri-qəməri təqvimi ilə 61-ci ildə Kərbəlada şəhid ediliblər.
Qeyd edək ki,Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Məhərrəm ayının başlanması ilə bağlı verdiyi fətvaya əsasən, Məhərrəmlik mərasimləri İmam Hüseynin (ə) şəninə uyğun və amallarına yaraşan tərzdə qeyd edilməlidir. Mövcud qanunvericiliyə əsasən, təziyə məclisləri məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə təşkil olunmalı, ictimai asayişə mane olmamalıdır. Dini mərasim və ayinlər yalnız QMİ-nin rəsmi şəkildə təyin etdiyi din xadimləri tərəfindən idarə edilməlidir.
İbadət məkanlarından kənar ərazilərdə kütləvi yürüşlərə çıxmaq, özünə və ətrafdakılara xəsarət yetirə biləcək alətləri, başqa ölkələrin bayraq və digər dövlət rəmzlərini mərasimlərə gətirmək yolverilməzdir. Əzadarlıq mərasimlərində dinimizin təyin etdiyi əxlaqi meyarlara riayət olunmalıdır. Soyunmaq, zəncir vurmaqla bədənə xəsarət yetirmək və baş yarmaqla qan çıxarmaq İslam qanunlarına ziddir və İmamin, Kərbəla şəhidlərinin xatirəsinə hörmətsizlikdir. Eləcə də, təziyə məclislərində uşaqların iştirakı qeyri-məqbuldur.
Xatırladaq ki,Miladi təqvimi ilə sentyabrın 11-i Məhərrəm ayı başlayıb.Oktyabrın 11-də başlayacaq Səfər ayı Miladi təqvimi ilə noyabrın 8-də başa çatacaq.
Qanverməaksiyalarının keçiriləcəyini ünvanlar aşağıdakı kimidir:
| № | Şəhər, rayon | 2018-ci il təklif olunan yerlərin sayı | Qanvermə aksiyasının keçirilməsi üçün təklif olunan yerlər | Ünvan |
| 1. | Binəqədi | 1 | -İmam Əli məscidi | 6-cı Mik.Rayon M.Məmmədxan k.3215-ci məhəllə |
| 2. | Xəzər | 2 | -14saylı Birləşmiş şəhər xəstəxanası,- Mir Möhsün ağa ziyarətgahı | - Buzovna qəs. R. Axundov küçəsi 2- Şüvəlan qəs. A. ildırım küçəsi 1 |
| 3. | Nəsimi | 2 | - Əjdərbəy məscidi (Mərasim zalı)- 20 saylı şəhər paliklinikası | - S. Vurğun küçəsi 78- 3-cü mikrorayon, Cavadxan küçəsi 22. |
| 4. | Nizami | 1 | - Şah Abbas məscidi | - Keşlə qəs. M. Hilal küçəsi 18 |
| 5. | Sabunçu | 1 | - Rəhimə xanım ziyarətgahı | - Nardaran qəs. M. F. Axundzadə küç.107 |
| 6. | Səbail | 2 | - Bibiheybət məscid ziyarətgahı.- İçəri şəhər Cümə məscidi | - Bibiheybət yolu 2- İçəri şəhər, Asəf Zeynallı küçəsi 49 |
| 7. | Suraxanı | 1 | - Qaraçuxur məscidi | - Qaraçuxur qəs. Ə. Mehbalıyev keç. 58 |
| 8. | Yasamal | 2 | - Təzəpir məscidi- Hacı Soltanəli məscidi | - M. F. Axundov 7- S. Əskərov küç. 75 |
| 9. | Gəncə | 1 | - İmamzadə kompleksi | - Atabəylər prospekti 230 |
| 10. | Lənkəran | 1 | - Böyük bazar məscidi | - Hacılar küçəsi 1 |
| 11. | Mingəçevir | 1 | - Heydər məscidi | - Aydın Məmmədov 53 |
| 12. | Sumqayıt | 1 | - Sumqayıt şəhər Cümə məscidi | - Sahil küçəsi 5 |
| 13. | Şəki | 1 | - İmam Əli məscidi | - Şəki ş. Pişəvəri küç. 4 |
| 14. | Şirvan | 1 | - Mərkəzi Qan bankının Şirvan bölməsi | -Heydər Əliyevprospekti 16 |
| 15. | Ağcabədi | 1 | - Ağcabədi ray. Mərkəzi xəstəxanası | - Hüsü Hacıyev küç. 104 |
| 16. | Ağsu | 1 | - Ağsu ray. Mərkəzi xəstəxanası | - M. Rəsulzadə küç. 172 |
| 17. | Beyləqan | 1 | - Beyləqan ray. Mərkəzi xəstəxanası | - Sevil Qazıyeva küç 21 |
| 18. | Bərdə | 1 | - Bərdə İmamzadə | - Nüşabə küç. 34 |
| 19. | Biləsuvar | 1 | - Biləsuvar ş. Cümə məscidi | - Nizami küç. 55 a |
| 20. | Cəlilabad | 1 | - Cəliabad ray. Mərkəzi xəstəxanası | - Mehdi Hüseynzadə küç. 82 |
| 21. | Göyçay | 1 | - Əbülfəzlil – Abbas məscidi | - N. Nərimanov küç. 70 |
| 22. | Xaçmaz | 1 | - Xaçmaz şəhər məscidi | - 20 yanvar 34 |
| 23. | Quba | 1 | - Mərkəzi qan bankının Quba bölməsi | - Fətəli xan küç. 10 c |
| 24. | Masallı | 1 | - Masallı şəh. Cümə məscidi | - Fizuli küç. 1 |
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi