19-09-2018 [10:51]
2018-2019-cu tədris ilində yeni fəaliyyətə başlayan Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) dekan və kafedra müdirləri ilə bağlı təyinatlar verilib.
Bu haqda Mia.az-a İnstitutdan məlumat verilib. Fəlsəfə üzrə fəlsəfə doktoru Mürsəlov Mirniyaz Mürsəl oğlu İlahiyyat fakültəsinin dekanı, ilahiyyat üzrə fəlsəfə doktoru Tağıyev Kövsər Yusif oğlu İlahiyyat fakültəsinin dekan müavini, dosent Əzizova Elnurə Akif qızı Dinşünaslıq kafedrasının müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru Niyazov Əhməd Seyful oğlu İslamşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Əlimuradov İlkin Ənvər oğlu isə Dillər kafedrasının müdiri vəzifəsinə təyin ediliblər.
Məlumat üçün bildirək ki, fəlsəfə üzrə fəlsəfə doktoru Mürsəlov Mirniyaz Mürsəl oğlu 31 mart 1978-ci ildə Biləsuvar rayonu İsmətli kəndində anadan olub. Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsini bitirən M.Mürsəlov bu təyinata qədər BDU-nun İlahiyyat fakültəsinin dekan müavini vəzifəsində çalışıb, ərəb, rus və türk dillərini bilir.
İlahiyyat üzrə fəlsəfə doktoru Kövsər Tağıyev1985-ci ilin iyun ayının 1-də Laçın rayonunun Alxaslı kəndində anadan olub. BDU-nun İlahiyyat fakültəsini bitirib. K.Tağıyev yeni təyinata qədər İlahiyyat fakültəsinin müəllimi vəzifəsində çalışıb, ingilis, ərəb və türk dillərini bilir.
Dosent Elnurə Əzizova 1977-ci il 26 oktyabr tarixində Neftçala rayonunda anadan olub. 1999-cu ildə BDU-nun İlahiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2000-ci ildə BDU Tarix fakültəsindən tarixçi ixtisası ilə məzun olan E.Əzizova bu təyinata qədər BDU İlahiyyat fakültəsində müəllim vəzifəsində çalışıb. Türk, ingilis, ərəb və rus dillərini bilir.
İlahiyyat üzrə fəlsəfə doktoru Əhməd Niyazov 1973-cu ilin iyul ayının 23-də Saatlı rayonu Smadakənd kəndində anadan olub. BDU-nun İlahiyyat fakültəsinin məzunu olan Ə.Niyazov yeni təyinata qədər Qaradəniz Texniki Universiteti İlahiyyat Fakültəsində İslam Hüququ ixtisası üzrə fənlərin tədrisi ilə məşğul olub, ərəb, fars və rus dillərini bilir.
Fəlsəfə üzrə fəlsəfə doktoru İlkin Əlimuradov 1979-cu il avqust ayının 23-də Quba rayonunun İspik kəndində anadan olub. İraq Universitetinin Ərəb dili və Quran elmləri fakültəsində ərəb filologiyası ixtisası üzrə məzun olan İ.Əlmuradov bu təyinata qədər BDU-da müəllim, AMEA akad. Z.M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir tarixi şöbəsində isə aparıcı elmi işçi vəzifəsində çalışıb. Ərəb, rus və fars dillərini bilir.
Xatırladaq ki, Azərbaycan İlahiyyat İnstitutu Azərbaycan Prezidenti İlham Əliyevin 9 fevral 2018-ci il tarixli sərəncamı ilə yaradılıb. İnstitutun yaradılmasının əsas məqsədi Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların və mütəxəssislərin hazırlanmasını təmin etməkdən ibarətdir. Yüksək ixtisaslı mütəxəssislərin hazırlanması məqsədi ilə dini elmlərlə yanaşı fəlsəfə, sosiologiya, psixologiya, multikulturalizm, informatika və digər s. sosial, humanitar elmlərin tədris olunacağı institutda müxtəlif ölkələrin aparıcı ali təhsil müəssisələrinin təcrübələrindən faydalanması nəzərdə tutulub.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi