Bakıda sərnişin avtobusunda bir nəfəri güllələdilər (YENİLƏNİB)

img

17-07-2013 [15:22]



Bakıda Nəsimi rayonu ərazisində Rusiya səfirliyinin qarşısında ölümlə nəticələnən güllələnmə hadisəsinin baş verməsi barədə bəzi məlumatlar əldə olunub. Rayon Polis İdarəsinin 20-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə 6 saylı sərnişin avtobusunda baş verib.

Belə ki, avtobusa minən sərnişin 1985-ci il təvəllüdlü Anar Aqil oğlu Xəlilov ov tüfəngi ilə digər sərnişin 1975-ci il təvəllüdlü Vəfadar Yunis oğlu Məmmədovu bel nahiyyəsindən güllələyib. Nəticədə Vəfadar ağır vəziyyətdə xəstəxanaya aparılsa da, orada ölüb.

İlkin araşdırmalar zamanı hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir. Dünyasını dəyişən Vəfadarın dostunun polisə bildirdiyinə görə, hadisə baş verərkən onlar birlikdə avtobusda oturubmuşlar. Onun sözlərinə görə, Vəfadar və onu vuran şəxsi heç bir tanışlıq birləşdirmir.

Onlar əvvəldən bir-birilərini tanımırmışlar. Hadisə baş verərkən, dostu qarşıda, Vəfadar onun arxasında, onu güllələyən Anar Xəlilov isə onun arxasındakı oturacaqda əyləşibmişlər. Anarın əlində ov tüfəngi olub. Qəflətən tüfəng açılıb və Vəfadar belindən yaralanıb.

Hadisəni törədən Anar Xəlilovun sözlərinə görə, hadisə ehtiyatsızlıqdan baş verib. O, Vəfadarı əvvəldən tanımayıb. Polis hazırda Anarın gəzdirdiyi silahın icazəli olub-lmadığını və digər qaranlıq məqamları araşdırır. Hazırda faktla bağlı cinayət işi başlanıb.

13:37

Bu gün saat 13:20 radələrində Bakıda, Rus səfirliyinin qarşsında bir nəfər güllələnib. Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsindən ANS PRES-ə verilən məlumata görə, Vəfadar adlı şəxs tapança ilə bel nahiyyəsindən güllələnib. Ağır güllə yarası alan həmin şəxs Kliniki Tibbi Mərkəzə aparılsa da, həkiməronun həyatını xilas edə bilməyib.

Vəfadar adlı şəxsi güllələyəni isə yaxınlıqda olan polis əməkdaşları tərkisilah edə bilib. Həmin şəxs polis tərəfindən tutulub. Araşdırmalar zamanı onun Anar Aqil oğlu Xəlilov olduğu məlum olub. Dərhal əməliyyat qrupu hazırlanıb. Meyit müayinə üçün morqa aparılıb. Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA