«Azərsu» ilə zavod arasında borc qalmaqalı - Məhkəmə

img

10-07-2013 [15:31]


«Azərsu» ASC-nin dövlət qurumlarına qarşı məhkəmə iddiaları günü-gündən artır. Belə bir idia tələbi "B.Sərdarov adına Maşınqayırma zavodu” TASC-yə qarşı da qaldırılıb.

Bu barədə mia.az-a daxil olan məlumatda bildirilir ki, tərəflər arasındakı məhkəmə çəkişməsinə səbəb istifadə olunmuş suyun pulunun zavod tərəfindən ödənilməməsidir. Artıq «Azərsu» ASC-nin sözügedən zavoda qarşı qaldırdığı iddia tələbinə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılıb: «Hazırda Bakı Apellyasiya Məhkəməsində adıçəkilən məhkəmə instansiyasının qərarından verilmiş şikayət araşdırılır. Hilal Xəlilov "Azərsu” ASC ilə "B.Sərdarov adına Maşınqayırma zavodu” TASC arasındakı borc davasına bu gün, yəni iyulun 10-da baxacaq».

Tərəflər arasında mübahisə yaradan borcun məbləğini dəqiqləşdirmək mümkün olmayıb.

Hər iki tərəfin mövqeyini dərc etməyə hazırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA