10-07-2013 [15:18]
"Azərbaycan
Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi
və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının
2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə
Prezident Ilham Əliyev fərman verdi.
Mia.az fərmanı olduğu kimi təqdim edir:
"Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər
tutaraq, "Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında”
Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli
Qanununun 2013-cü il avqustun 1-dən tətbiqini təmin etmək məqsədi ilə
qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. üç ay müddətində:
1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası
Prezidentinin aktlarının "Azərbaycan Respublikasının Miqrasiya
Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi
tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
1.1.2. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin
Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
1.1.3. Azərbaycan
Respublikasının Miqrasiya Məcəlləsinin pozulmasına görə məsuliyyət
növlərini müəyyən edən qanun layihələrini hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
1.1.4. əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası Dövlət Miqrasiya
Xidmətinin qanunsuz miqrantların saxlanılması mərkəzlərində
yerləşdirilməsi və saxlanılması qaydalarını müəyyən edən qanun
layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim
etsin;
1.1.5. yetkinlik yaşına çatmayan əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma
müddətinin uzadılmasına, onlara Azərbaycan Respublikasının ərazisində
müvəqqəti yaşamaq icazəsinin və Azərbaycan Respublikasının ərazisində
daimi yaşamaq icazəsinin verilməsinə (müddətinin uzadılmasına) görə
dövlət rüsumunun daha aşağı məbləğləri barədə təkliflərini hazırlayıb
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.1.6.
əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən iş icazəsinin
etibarlılıq müddətindən asılı olaraq, həmin icazənin verilməsinə görə
dövlət rüsumunun fərqli məbləğləri barədə təkliflərini hazırlayıb
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.1.7.
əmək miqrasiyası kvotasının formalaşdırılması prosesində şəffaflığı
təmin etsin, işəgötürənlərin əcnəbi işçi qüvvəsinə olan tələbatı
haqqında proqnoz-məlumatlarına baxılması prosedurunu müəyyən etsin;
1.1.8. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 64.0.6-cı və
77.3-cü maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti
orqanları”nın səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanları
barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim
etsin;
1.1.9. həmin Məcəllənin 38.7-ci maddəsinə uyğun olaraq,
turistlər üçün elektron viza almaq hüququ olan Azərbaycan
Respublikasında fəaliyyət göstərən turizm şirkətlərinin akkreditasiyadan
keçməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə
razılaşdıraraq təsdiq etsin;
1.1.10. həmin Məcəllənin 64.0.8-ci
maddəsində nəzərdə tutulmuş fəaliyyət sahələrinin siyahısını Azərbaycan
Respublikasının Prezidenti ilə razılaşdıraraq təsdiq etsin;
1.2. dörd ay müddətində:
1.2.1. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 22.2-ci
maddəsinə uyğun olaraq, xarici ölkələrin Azərbaycan Respublikasında
fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, habelə
beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının,
inzibati-texniki xidmət heyətinə daxil olan şəxslərin və onların ailə
üzvlərinin, həmçinin Azərbaycan Respublikasına diplomatik missiya ilə və
ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə
nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən əcnəbilərin
qeydiyyata alınması haqqında vəsiqənin nümunəsini təsdiq etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.2.2.
həmin Məcəllənin 35.4-cü maddəsinə uyğun olaraq, viza blankının
doldurulması qaydasını təsdiq etsin və bu barədə Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
1.2.3. həmin
Məcəllənin 36.1.1-ci maddəsinə uyğun olaraq, viza almaq üçün
ərizə-anketlərin nümunələrini təsdiq etsin və bu barədə Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
1.2.4. həmin
Məcəllənin 36.1.6-cı maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasına
əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin vəsatətinin
nümunəsini təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
1.2.5. həmin Məcəllənin 41.1.1-ci,
46.1.1-ci, 53.1.1-ci və 65.0.1-ci maddələrinə uyğun olaraq,
ərizə-anketlərin nümunələrini təsdiq etsin və bu barədə Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
1.2.6. həmin
Məcəllənin 51.8-ci maddəsinə uyğun olaraq, iş icazəsinin təsvirini,
spesifikasiyasını və nümunəsini təsdiq etsin, habelə iş icazəsi
blanklarının ciddi hesabat sənədi kimi uçotu qaydalarını müəyyən etsin
və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının
"Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi,
qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun
icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların "Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin
etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
məlumat versin.
3. Azərbaycan Respublikasının Dövlət Miqrasiya
Xidməti, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan
Respublikasının Təhsil Nazirliyi bir ay müddətində:
3.1.
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 54.5-ci maddəsinə
uyğun olaraq, Azərbaycan Respublikasında daimi yaşamaq icazəsinin
alınması üçün müraciət edən əcnəbilərin və vətəndaşlığı olmayan
şəxslərin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş
hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyinin yoxlanılması
üçün birgə komissiya yaratsınlar, həmin komissiyanın fəaliyyət
qaydasını təsdiq etsinlər;
3.2. əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin Azərbaycan Respublikasının qanunlarında nəzərdə
tutulmuş hüquq və vəzifələrini öyrənməsi məqsədi ilə müvafiq nəşrlərin
hazırlanmasını təmin etsinlər.
4. Azərbaycan Respublikasının
Xarici İşlər Nazirliyi qeydiyyatını apardığı əcnəbilər barədə
məlumatların Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 22.3-cü
maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Miqrasiya
Xidmətinə təqdim olunmasını təmin etsin.
5. Müəyyən edilsin ki:
5.1. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 4.4-cü, 8.4-cü,
37.2-ci, 37.6-cı, 39.4-cü, 44.6-cı, 52.5-ci, 59.9-cu, 64.0.17-ci
maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı”nın
səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
5.2. həmin Məcəllənin 38.7-ci maddəsində (ikinci halda) və 64.0.8-ci
maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı”nın
səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan
Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirir;
5.3. həmin Məcəllənin 22.2-ci, 35.3-cü, 35.4-cü, 36.1.1-ci, 36.1.6-cı,
38.6-cı, 41.1.1-ci, 46.1.1-ci, 46.1.5-ci, 50.0.5-ci, 51.5-ci, 51.7-ci
maddələrində, 51.8-ci maddəsinin ikinci cümləsində, 53.1.1-ci,
53.1.6-cı, 55.0.2-ci, 62-ci, 65.0.1-ci, 65.0.7-ci, 66.0.6-cı
maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı”nın
səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata
keçirir;
5.4. həmin Məcəllənin 8.2-ci, 8.3-cü, 15.4-cü
maddələrində, 21.2-ci maddəsində (hər iki halda), 21.4-cü, 21.6-cı
maddələrində, 21.8-ci maddəsinin birinci cümləsində, 22.3-cü maddəsində
(ikinci halda), 23.5-ci, 39.1-ci, 42.4-cü, 42.6-cı, 44.2-ci, 44.3-cü,
44.5-ci, 47.1-ci, 47.9-cu, 48.2-ci, 48.4-cü, 51.4-cü, 52.2-ci, 52.3-cü,
54.1-ci maddələrində, 54.6-cı maddəsində (birinci halda), 54.7-ci
maddəsinin birinci cümləsində (ikinci halda), 54.8-ci maddəsində
(birinci halda), 54.9-cu maddəsində, 54.11-ci maddəsinin birinci
cümləsində, 55.0-cı maddəsində, 59.2-ci maddəsinin birinci cümləsində
(ikinci halda) və ikinci cümləsində, 65.0-cı (65.0.1-ci və 65.0.7-ci
maddələr istisna olmaqla), 67.2-ci maddələrində, 67.4-cü maddəsində
(birinci halda), 67.5-ci maddəsində (ikinci halda), 67.7-ci, 67.9-cu,
67.10-cu, 67.11-ci, 67.13-cü, 68.1-ci, 69.2-ci, 69.6-cı, 70.3-cü
maddələrində, 71.1-ci maddəsinin birinci cümləsində, 72.1-ci, 72.2-ci
maddələrində, 72.4-cü maddəsinin ikinci cümləsində, 73.0-cı, 74.7-ci,
76.4-cü, 77.2-ci, 77.5-ci, 79.1-ci, 79.9-cu maddələrində, 80.1-ci
maddəsinin ikinci cümləsində, 80.2-ci maddəsində (hər iki halda),
80.3-cü, 80.4-cü maddələrində, 80.6-cı maddəsində (birinci halda),
80.8-ci maddəsinin birinci cümləsində (birinci halda) və ikinci
cümləsində (birinci halda), 80.9-cu maddəsinin ikinci cümləsində,
81.2-ci maddəsində (birinci halda) nəzərdə tutulmuş "müvafiq icra
hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının
Dövlət Miqrasiya Xidməti həyata keçirir;
5.5. həmin Məcəllənin
9.4-cü maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti
orqanları”nın səlahiyyətlərini müvafiq olaraq hərbi qulluqçunun xidmət
etdiyi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli
Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar
Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan
Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan
Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti
həyata keçirirlər;
5.6. həmin Məcəllənin 9.7-ci maddəsində,
13.1-ci maddəsinin ikinci cümləsində, 22-ci maddəsinin adında, 22.1-ci
maddəsində, 22.3-cü maddəsində (birinci halda), 30.1-ci, 37.4-cü
maddələrində, 37.8-ci maddəsində (birinci halda), 38.3-cü maddəsinin
birinci cümləsində, 42.9-cu maddəsində, 58.4-cü maddəsinin birinci və
ikinci cümlələrində, 58.5-ci, 74.6-cı maddələrində, 80.6-cı maddəsində
(ikinci halda), 81.2-ci maddəsində (ikinci halda) nəzərdə tutulmuş
"müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi həyata keçirir;
5.7.
həmin Məcəllənin 11.3-cü maddəsinin birinci cümləsində və 64.0.11-ci
maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı”nın
səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata
keçirir;
5.8. həmin Məcəllənin 19.9-cu maddəsində nəzərdə
tutulmuş "müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Azərbaycan
Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər;
5.9.
həmin Məcəllənin 23.1-ci və 23.4-cü maddələrində nəzərdə tutulmuş
"müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli
Təhlükəsizlik Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya
Xidməti həyata keçirirlər;
5.10. həmin Məcəllənin 23.5-ci
maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları”nın
səlahiyyətlərini Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və
Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi həyata
keçirirlər;
5.11. həmin Məcəllənin 37.8-ci maddəsində (ikinci
halda), 47.5-ci, 47.6-cı, 47.7-ci maddələrində, 54.6-cı maddəsində
(ikinci halda), 54.7-ci maddəsinin birinci cümləsində (birinci halda) və
ikinci cümləsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı”nın
səlahiyyətlərini Azərbaycan Respublikasının Milli Təhlükəsizlik
Nazirliyi həyata keçirir;
5.12. həmin Məcəllənin 38.2-ci
maddəsində və 38.7-ci maddəsində (birinci halda) nəzərdə tutulmuş
"müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyi həyata keçirir;
5.13. həmin Məcəllənin 54.5-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra
hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının
Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
və Azərbaycan Respublikasının Təhsil Nazirliyi həyata keçirirlər;
5.14. həmin Məcəllənin 54.8-ci maddəsində (ikinci halda) nəzərdə
tutulmuş "müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir;
5.15. həmin Məcəllənin 58.4-cü maddəsinin ikinci cümləsində "müvafiq
icra hakimiyyəti orqanları” dedikdə Azərbaycan Respublikasının Dövlət
Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi nəzərdə tutulur;
5.16. həmin Məcəllənin
59.1-ci maddəsinin ikinci cümləsində, 59.2-ci maddəsinin birinci
cümləsində (birinci halda), 59.3-cü, 59.8-ci, maddələrində, 67.4-cü
maddəsində (ikinci halda), 67.5-ci maddəsində (birinci halda), 67.6-cı,
75.4-cü maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti
orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi həyata keçirir;
5.17. həmin
Məcəllənin 59.6-cı maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti
orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Xarici İşlər
Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata
keçirirlər;
5.18. həmin Məcəllənin 80.8-ci maddəsinin birinci
cümləsində (ikinci halda) və ikinci cümləsində (ikinci halda) nəzərdə
tutulmuş "müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti həyata keçirir.
6. Bu Fərmana əsasən Azərbaycan Respublikasının Prezidenti ilə
razılaşdırmaqla qəbul edilən normativ hüquqi aktlarda hər hansı
dəyişiklik yalnız Azərbaycan Respublikasının Prezidenti ilə
razılaşdırıldıqdan sonra edilə bilər.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti".