Qazaxıstanın məzhur zirkəti ilə ARDNŞ arasında pul qalmaqalı - məhkəmə çəkizməsi

img

09-07-2013 [03:32]


Qazaxıstanın məşhur şirkətlərindən sayılan və dünyanın bir neçə ölkəsində filialları olan ?Polymer-Trade? LTD Dövlət Neft Şirkəti ilə onun tabeliyindəki ?Azərkimya?nı məhkəməyə verib. Bu barədə mia.az-a daxil olan məlumata görə, ?Polymer-Trade? LTD-nin belə sərt addım atmasına səbəb cavabdehlər - Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və ?Azərkimya? İstehsalat Birliyinin Qazaxıstan şirkətinin pulunu və vurulan zərəri ödəməməsindən qaynaqlanıb. Bizi məlumatlandıran informasiyalı şəxsin sözlərinə görə, ?Polymer-Trade? LTD qeyd olunan iddia tələbləri ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Ancaq sözügedən məhkəmə instansiyasının qətnaməsi mübahisəni həll etməyib. Yəni tərəflər bu qətnamədən Bakı Apellyasiya Məhkəməsinə şikayət veriblər?. Məlumata görə, Qazaxıstan şirkəti 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin qətnaməsindən kəskin narazı qalıb: ?Bildiyimə görə, Qazaxıstan şirkətinin rəhbərliyi üzləşdikləri problemlərlə bağlı ölkələrinin Azərbaycandakı səfirliyini də məlumatlandırıblar. Hələlik səfirlik üst məhkəməyə müraciət etmək tövsiyəsini verib. Bunu nəzərə alan şirkət rəhbərliyi hüquqi müstəvidə mübarizələrini davam etdirirlər?. İddiaçı ?Polymer-Trade? LTD ilə Dövlət Neft Şirkəti və ?Azərkimya? İstehsalat Birliyi arasındakı məhkəmə çəkişməsinin hazırda Bakı Apellyasiya Məhkəməsində araşdırıldığını da deyən müsahibimizin sözlərinə görə, sözügedən məhkəmədə işə hakim Hilal Xəlillovun sədrliyi ilə baxılır: ?Hakim Qazaxıstan şirkətinin pulun geri qaytarılması və ziyanın ödənilməsindən bəhs edən şikayəti üzrə iyulun 11-də növbəti proses keçirəcək. Ola bilər ki, həmin günü qərar da açıqlansın?. Məsələ ilə bağlı tərəflərdən rəsmi mövqe öyrənmək mümkün olmayıb. Onları da dinləməyə hazırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA