?Rüstəm ibrahimbəyov qeydə alınmasa, müxalifət seçkiyə getməyəcək?; Milli Şura yeni qurumlar yaratdı - siyahı

img

09-07-2013 [02:32]


?Rüstəm İbrahimbəyov qeydə alınmasa, müxalifət seçkiyə getməyəcək?. Bunu Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər mətbuat konfransında deyib. S.Əkbər bildirib ki, Milli Şuraya üzvlük qaydaları çətinləşdiriləcək: ?Milli Şuranın gündəlikdəki məsələlərdən biri də yeni üzvlərin qəbuludur. Biz istəmirik ki, MŞ sürətlə böyüməsin. Daha çox işimizi seçki üzərində qurmaq istəyirik. Bundan sonra Milli Şuraya üzvlük qaydaları çətinləşdiriləcək. Sülhəddin Əkbər qeyd edib ki, Milli Şuraya ABŞ-dan dəvət gəlməyib. Seçki qərargahı haqda danışan partiya sədri bildirib ki, bu gün bu məsələ həll ediləcək: ?Qərargahın sədri çox güman ki, Eldar Namazov olacaq?. ACP sədri ikinci namizəd məsələsinə də aydınlıq gətirib: ?Rüstəm İbrahimbəyovun qeydə alınmaması müxalifətin seçkidə iştirak etməyəcəyi deməkdir?(Hafta.az). Onu da qeyd edək ki, Milli Şuranın üçüncü sessiyasında komissiyaların yaradılması da müzakirə edilib. S.Əkbər deyib ki, birinci məsələ komissiya və komitələrin yaradılması idi: "Bu məsələ tam bitməyib. Amma bir neçə komissiya yaradılıb. İqtisadiyyat komissiyasının sədri Qubad İbadoğlu seçilib. Sosial siyasət, Hüquq, Beynəlxalq Əlaqələr, Humanitar məsələlər, Etika komissiyaları formalaşıb. Qarabağ komissiyasının sədri Cəmil Həsənli seçilib. Yaradılan Mitinq komitəsinin isə rəhbərliyi yoxdu. Bütün qurumlar namizədliyini verəcək və bundan sonra mitinq komitəsinə rəhbər seçiləcək. İnsan haqları üzrə komissiya yaradılıb. Bura da hələ ki, rəhbər seçilməyib. Gənclər komitəsi və qadınlar komitəsi yaradılıb. Hazırda bu iki komissiyaların rəhbər seçilməsi müzakirə edilir?. Milli Şuranın artıq on qurumu razılaşdırılıb, komitələr yaradılıb və hər birinə rəhbərlər təyin edilib: İqtisdadiyyat Komitəsi- rəhbəri Qubad İbadoğlu. Sosial-siyasət Komitəsin-rəhbəri Eldar Əliyev İctimaiyyətlə Əlaqələr Komitəsinə- rəhbəri Mehman Əliyev Beynəlxalq Əlaqələr Komitəsi-rəhbəri Gültəkin Hacıbəyli Etika Komitəsi -rəhbəri Nurəddin Mustafayev Qarabağ Komitəsi-rəhbəri Cəmil Həsənli.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA