Hüseyn Abdullayevlə bağlı daha bir sensasion xəbər; O, vəkilə agent dedi

img

08-07-2013 [11:25]


Bir neçə gün əvvəl bəyanat verərək ona qarşı edilən təzyiqlərin başında ölkə rəhbərliyinin dayandığını açıqlayan və konkret adlar çəkən sabiq millət vəkili Hüseyn Abdullayevin sözügedən bəyanatının saxta olması haqda məlumatlar yayılıb. Bu barədə Hüseyn Abdullayevin vəkili Kamandar Nəsibov AzNews.az-a açıqlamasında bildirib. Vəkilin sözlərinə görə, beynəlxalq axtarışa verilmiş Hüseyn Abdullayevin bir neçə gün əvvəl mətbuatda yayılan bəyanatı saxtadır və onun bu bəyanatdan xəbəri yoxdur: O, qeyd olunan bəyanat yayıldıqdan sonra H.Abdullayevla əlaqə saxladığını və keçmiş millət vəkilinin bunu inkar etdiyini deyib: ?Bəyanatda elə şəxslərin adı çəkilib ki, Hüseyn Abdullayev onlarla bağlı heç bir fikir səsləndirməyib. Bu məsələnin prezidentlə, birinci xanımla nə əlaqəsi var? Problem var, mülki məsələdir və qanunla həll ediləcək. Maraqlıdır ki, kimsə Hüseyn Abdullayevin adını bilərəkdən müxalifətlə birgə hallandırmaq istəyir. Guya onun ailəsinə qarşı da cinayət işi açılıb, yaxud əlində ifşaedici materiallar var. Bunlar heç bir əsası olmayan məlumatlardır və Hüseyn Abdullayevin o bəyanatdan ümumiyyətlə, məlumatı yoxdur. Çünki mən ondan məsələ qanuni yola həllini tapana qədər mətbuata heç bir açıqlama verməməsini istəmişdim. Birdən-birə belə bir bəyanatın ortaya atılması Hüseyn Abdullayevin ailəsini də qəzəbləndirib. Anası hazırda mənim yanımdadır və bəyanatı qətiyyətlə inkar edir. Onlar da Hüseyn Abdullayevlə əlaqə saxlayıblar. Sabiq millət vəkili ailəsinə də belə bir bəyanat vermədiyini bildirib?. Qeyd edək ki, sabiq millət vəkilinə məxsus olan bəyanatın yayımlandığı ?musavat.com? saytının redaktoru Xalid Kazımlı da məsələyə münasibət bildirib. Redaktor ?Qafqazinfo?ya açıqlamasında belə deyib: ?Təki işləri düzəlsin, nə istəsələr deyə bilərlər??. *** Bir neçə gün əvvəl verdiyi bəyanatın bu gün vəkili Kamandar Nəsibov vasitəsi ilə təkzib etdiyi xəbəri yayılan Hüseyn Abdullayevdən indicə məsələyə operativ reaksiya gəlib. Hüseyn Abdullayev ?Qafqazinfo?ya zəng edərək Kamandar Nəsibov adlı vəkilinin olmadığını bildirib. Sabiq millət onun adından açıqlama yayan vəkili agent adlandırıb. Qeyd edək ki, bu gün vəkil Kamandar Nəsibov Aznews.az saytına açıqlamasında H. Abdullayevin anasının onun yanında olduğunu və oğlunun bir neçə gün əvvəl verdiyi, ona qarşı təzyiqlərin başında ölkə rəhbərliyinin dayandığı məzumu daşıyan bəyanatının təkzib edildiyini bildirmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA