Azərbaycanda Ramazanla bağlı fətva verildi

img

08-07-2013 [04:30]


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Ramazan ayının başlanması ilə əlaqədar bu gün fətva verib. Şuranın bu gün keçirilən iclasında bildirilib ki, Ramazan ayının ilk günü bu il miladi təqvimlə iyulun 10-da başlayır və iyulun 9-u orucluğun niyyət gecəsidir. Ehtiyatən iyulun 9-u qəza və ya müstəhəb niyyəti ilə oruc tutmaq məsləhətdir. Ayın görünməsindən asılı olaraq Ramazan Bayramı Şəvval ayının birinə (miladi təqvimlə avqustun 8-i və ya 9-na ) təsadüf edəcək. QMİ-nin tərtib etdiyi cədvələ əsasən, Qədr gecələri Ramazan ayının 18-dən 19-na, 20-dən 21-nə, 22-dən 23-nə keçən gecələrə təsadüf edir. Qafqaz Müsəlmanları İdarəsi mübarək Ramazan ayında hamını səbrli olmağa və Allah yolunda xeyirxah işlər görməyə çağırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA