Gültəkin Hacıbəyliyə dəstək kampaniyası bazladı

img

06-07-2013 [11:19]


Sabiq millət vəkili, Milli Şuranın Beynəlxalq əlaqələr komitəsinin sədri Gültəkin Hacıbəylinin 9 yaşlı oğlunun Nəsimi Rayon Məhkəməsinin qərarı ilə faktiki olaraq əlindən alınaraq üzünü görmədiyi atasına verilməsi Ağdam rayon ziyalıları tərəfindən pislənir. Ziyalilar bunu hakimiyyətin siyasi rəqiblərinə qarşı təqib kampaniyasının tərkib hissəsi kimi dəyərləndirirlər. Bu fikirlər MİA.az daxil olmuş Ağdam rayon ziyalılarının və siyasi partiya təmsilçilərinin birgə toplantısında qəbul edilmiş bəyanatda öz əksini tapıb. Ağdam rayon ziyalıları 20 il ərzində bir kəndi belə işğaldan azad olunmasına nail ola bilməyən YAP iqtidarının yenidən hakimiyyətdə qalmaq üçün siyasi rəqiblərinə qarşı apardığı milli-mənəvi dəyərlərə zidd təqib kompaniyasına son qoymağa çağırır. Ağdam ziyalıları işğal altındakı torpaqların azad edilməsi üçün heç bir iş görməyən bir iqtidarın Qarabağlılardan səs ala bilməyəcəyini bəyan edirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA