Prezident rayona iki milyon ayırdı, xalq artistini isə təbrik etdi - rəsmi

img

06-07-2013 [08:47]


İlham Əliyev Tovuz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama görə, Tovuz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Rayon İcra Hakimiyyətinə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılıb. Bu gün İlham Əliyev xalq artisti Tamara Sinyavskayanı yubileyi münasibətilə də təbrik edib. Mia.az təbriik məktubunu olduğu kimii təqdim edir: "Əziz Tamara İlyiniçna! Sizi ? görkəmli musiqi mədəniyyəti xadimini, gözəl müğənni və istedadlı pedaqoqu yubileyiniz münasibətilə təbrik edirəm. Sizə möhkəm cansağlığı və uzun ömür arzulayıram. Sizin opera səhnəsinə ilk gəlişinizdən başlayaraq sənətşünaslar səsinizin bənzərsiz tembrini, böyük fitri istedadınızı və şəxsiyyətinizin heyrətamiz cazibəsini qeyd etmişlər. Nüfuzlu beynəlxalq müsabiqələrdə qazandığınız mükafatlar nadir istedadınızın və yüksək peşəkarlığınızın təsdiqidir. Böyük metso-sopranoların ənənələrinin davamçısı kimi Siz məxsusi ifaçılıq tərzinizi formalaşdırmağa, opera teatrı salnaməsində həmişəlik yaşayacaq parlaq səhnə obrazları yaratmağa nail olmusunuz. Sizə xas olan incə musiqi zövqü konsert fəaliyyətinizdə klassik repertuarı rus xalq mahnıları və müasir estrada ilə harmonik şəkildə əlaqələndirməklə müxtəlif janrlarda uğur qazanmaq imkanı vermişdir. Bu gün Sizin zəngin təcrübənizin gənc müğənnilərə çatdırılmasına yönəlmiş pedaqoji fəaliyyətiniz, heç şübhəsiz, yeni mədəni elitanın formalaşmasına şərait yaradır. Siz Azərbaycanın böyük dostu kimi bizim musiqi mədəniyyətimizi həmişə ləyaqətlə təmsil etmiş, Azərbaycan-Rusiya mədəni əlaqələrinin inkişafına və genişlənməsinə töhfə vermisiniz. Əminəm ki, bundan sonra da belə olacaq".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA