Abbas Abbasov Putinlə bir tədbirdə

img

06-07-2013 [08:01]


Rusiya paytaxtında tanınmış dağıstanlı yazıçı, publisist və siyasi xadim Rəsul Həmzətovun abidəsinin açılışı olub. Mərasimdə Rusiya prezidenti Vladimir Putin, keçmiş baş nazir Yevgeni Primakov, Moskva meri Sergey Sobyanin, Dağıstanın prezidenti vəzifəsini müvəqqəti icra edən Ramazan Abdulatipov iştirak ediblər. Moskvadakı mənbənin dediyinə görə, maraqlıdır ki, mərasimdə iştirak edənlər arasında RATİ-nin (?Milyarderlər İttifaqı?) sədri Abbas Abbasov da qatılıb. Abbasov mərasimdə sıra etibarı ilə Putin və Abdulatipovdan sonra 3-cü çıxış edib, Həmzətovun poeziyasından, Azərbaycan və Dağıstan xalqları arasında dostluq münasibətlərinin tərənnümündən danışıb. ?Abbas müəəlimin açılış törəninə hansı statusla ? çünki o, Rusiyada fəaliyyət göstərən 130-dan çox mili diasporadan birinin rəhbəridir-qatıldığı bəlli deyil. Məlum olan budur ki, onu tədbirə Rusiya prezidentinin prokol şöbəsi salıb. Çünki mərasimdə şəxsən Putin iştirak etdiyindən bunsuz mümkün deyil?. Mənbənin dediyinə görə, mərasimə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da qatılıb. Polad müəllim mərasimdən sonra təxminən 10 dəqiqə Abbas Abbasovla söhbət edib. Sonra hər ikisi maşınlarına əyləşərək gediblər. Səfirimiz ərazini müşayiətsiz tərk etsə də, Abbas müəllimi 3 maşın müşayiət edib. Onu da bildirək ki, Həmzətovun abidəsi Moskvanın mərkəzində, ?Yauzskiy bulvar?da ucaldılıb (musavat.com).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA