Hüseyn Abdullayev bəyanat yaydı: "Qisaslarını yazlı ata-anamdan almasınlar"

img

05-07-2013 [10:40]


Sabiq deputat Hüseyn Abdullayev yeni bəyanat yayıb. Oğuz eli? İctimai Birliyinin rəhbərinin növbəti bəyanatla çıxış etməsinə səbəb onun ailə üzvlərinin Azərbaycanda hakimiyyətin təqiblər və hədələri ilə üzləşməsidir. Mia.az musavat.com-a istinadən xəbər verir ki, keçmiş deputat üzləşdiyi problemləri Azərbaycan hakimiyyəti ilə əlaqələndirir: ?Sizlərə bildirmək istəyirəm ki, son bir həftə ərzində mövcud iqtidar nümayəndələri ailə üzvlərimə və mənə yaxın olan digər şəxslərə qarşı olduqca misli görünməmiş bir repressiv təqib üsuluna əl atıblar və hər gün onlara yeni bir saxta cinayət ittihamı tətbiq edib, hədə-qorxu gəlirlər. Mən, Hüseyn Abdullayev öz adımla onlara bəyan edirəm ki, mənimlə olan ədavətlərini və qisaslarını yaşlı valideyinlərimdən ? ata-anamdan almasınlar. Onlar əmin olsunlar ki, hər kəs tutduğu vəzifəsindən asılı olmayaraq bir gün törətdiyi bütün qanunsuzluqlara görə artıqlaması ilə cavab verəcək?. H.Abdullayev bildirir ki, o, Azərbaycan hakimiyyətinin haqsız təqiblərinə cavab olaraq Almaniyadan siyasi sığınacaq istəyib: ?Artıq müvafiq sənədləşmə işi yekunlaşmaq üzrədir. Gələn həftənin 1-ci günü, iyulun 8-də siyasi sığınacaqla bağlı Almaniya hökumətinə rəsmi müraciət edəcəm?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA