Təhsil Nazirliyi 23 saxta diplom azkarladı

img

05-07-2013 [04:11]


Xarici ölkələrin ali məktəblərini bitirmiş məzunların diplomlarının tanınması üçün Təhsil Nazirliyinə ünvanlanan müraciətlərin sayı açıqlanıb. Təhsil Nazirliyindən verilən məlumata görə, 2004-cü ildən bu günə qədər müraciət edən şəxslərdən 6927 nəfərin ali təhsil haqqında sənədləri barəsində müsbət qərar qəbul edilib, 799 müraciətçinin ali təhsil haqqında sənədlərinin ölkə ərazisində tanınması məqsədə müvafiq hesab edilməyib. Nostrifikasiya ilə bağlı mənfi cavab alan vətəndaşlar tərəfindən 23 saxta diplomun xarici ölkələrdə qeyri-qanuni yollarla əldə edilməsi sübuta yetirilib. Saxta diplomların əsasən MDB ölkələrindən əldə edilməsi aşkarlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA